سایت عباس جوادی Abbas Djavadi's Website

Xatire: 20 Yanvar 1990

Abbas Cjavadi – 20 janviye (Bakı’da dedikleri kimi 20 yanvar) 1990 günü başlamamışdan 3-4 saat qabaq menim teyyarem Mosko’ya getmeliydi. İki ay ondan qabaq aldığım bilet ele idi, yoxsa elbette men bilmirdim 20 janviyede ne olacaq.

Axşam çağı Xalq Cebhesi’nin uşaqları gelib dediler ki, bir az tez ol. «Deyirler rus tankları şehri mühasire eleyibler. Sehere yaxın hemle eleyecekler. Teyyare meydanı emelen rusların elindedir. Tez çıxmasan, belke artıq gedemmesen.»

Men o axşam, ye’ni 19 janviyenin axşamı Bakı teyyare meydanına getdim, minip sehere yaxın Mosko’ya geldim. Hotelde eşitdim ki, rus tankları Bakıya hemle eleyib. 100’den çox adam öldürülüb. Hemlenin fermanını veren Mixail Gorbachev ve emeliyyata rehberlik eden daxili işler veziri Dimitri Yazov’un behanesi ise AXC’ni dağıtmaq ve «Azerbaycan’da herc-merce son qoymaq» idi.

BBC’den hemkarlar müsahibe üçün zeng elediler. 20 janviye günü olanları elbette men görmemişdim. Amma o faci’eli hadiselere getirib çxardan veziyyetin son iki heftesine men şexsen şahid olmuşdum.

Tesevvür edin ki, o hefteler ve aylarda, nece deyerler, «ara qarışıb, mezheb itmişdi.» Şurevi hakimiyyeti dağılmaq merhelesine girmişdi. Moskov’a dayanan Bakı hükumeti ve komunist hizbi arxası boşaldığı üçün bilmirdi neylesin. Amma onun qabağında güclü ve teşkilatlı bir muxalifet de yox idi.

Aylarca evvelden Ermenistan’daki azerbaycanlılar zorla oradan çıxarılmışdı. Resmen Azerbaycan’ın terkibinde olan Dağlıq Qarabağ’da da ermeniler ve azerbaycanlılar arasında teşennüc ve gerginlik artırdı. Yerli azerbaycanlılar oradan da çıxarılırdı. Meni Ermenistan’dan qovulan qaçqınları görmeye götürdüler. Xalq Cebhesi ermenilere qarşı komiteler qurmuşdu. Azerbaycanlılar da Sumqayıt ve Bakı’da yerli ermenileri evlerinden çıxardıb qovurdu. Faci’eli bir müsabiqe başlamışdı: kim kimi evvel ve daha çox qovacaq? Mene dediklerine göre, o tarixde teqriben 100 min azerbaycanlı yurdundan yuvasından çıxarılıb Azerbaycan’a gelerek qaçqın olmuşdu. Bir terefden de men özüm Bakı’da yerli ermenilerin nece evlerinden çıxarılıb qovulduğunu gördüm. Zor, eslehe, rüşve, münaqişe, hetta ceng. Ele bil ki, her kes «Gün bugündür, her ne qeder qopartsaq, xeyrdir, cibimizde qalar,» deyirdi.

Mene göre, bugün Dağlıq Qarabağın veziyyeti ve altı Azerbaycan menteqesinin işğalı o zamanlar başlayan ve sonrakı aylarda hetta daha da çox qızışan bele bir cevvin ve şeraitin neticesi idi. Azerbbaycanlıların çoxu ele fikirleşir ki, Ermenistan bütün bunları Rusiye’nin kömeyi ile eleyib ve 20 janviyede rus tanklarının Bakıya hemlesi bu «senaryo»nun evveliydi. Heqiqeten de sonraki aylarda Dağlıq Qarabağ kamilen Azerbaycan’ın kontrolundan çıxdı ve ondan da elave, altı Azerbaycan menteqesi ermeni silahlı quvveleri terefinden işğal edildi.

Meni Bakı’ya Elmler Akademiyası’ndan rehmetlik Prof. Yaşar Qarayev de’vet elemişdi. O veqtler Xalq Cebhesi Akademiya’da çox fe’al idi. Cebhe’nin rehberi rehmetlik Abülfezl Eliyev (Elçibey) de Akademiya’da işleyirdi eslinde. Amma dediler, AXC’de işi çoxdur, ona göre Akademiya’ya ele çox gelmir. Bir defe meni Elçibey’le görüştürdüler. İkinci defe de onu 12 janviye  şenbe günü Azadlıq Meydanı’ndaki o böyük tarixi miting başlamamışdan qabaq görüp danışdım.

Elbette biriyle iki defe görüşüb söhbet elemek, bir az da nütqlerini, müsahibelerini ve bir neçe dana meqalesini oxumaq o adam baresinde nezer vermek üçün kafi deyil. Amma icaze verin bunu dedikden sonra gene de Elçibey’in mendeki ümumi te’sirinden danışım.

Mene göre Elçibey o veqtki ümumi siyası ovza-ehvalın mehsulu ve öz tarixi dövresinin uşağı idi. O fovqulade sade, semimi ve mütevaze adam idi. Bir de ki tarix, edebiyyat ehliydi. 1992 ilinde Azerbaycan’ın ikinci re’is-i cumhuru seçildi. Amma mene göre siyaset adamı deyildi. Lider ve böhran rehberi ola bilmedi. Mene çox da romantik bir insan kimi geldi. Bir de ki, mence hedden artıq milletçi, ye’ni Azerbaycan ve türk nasyonalisti idi ve tesevvür eleyirdi ki, Türkiye ve mexsusen İran’ın azerbaycanlıları onların kömeyine gelecek ve hetta guya bu qarışıqlıqda «iki Azerbaycan da birleşecek,» ki bu elbette çox boş ve xeternak bir xeyal idi. Neticede de, ermeni quvveleri qabağında dalbadal meğlubiyyetden ve hem de daxili ixtilafların şiddetlenmesinden sonra özü hakimiyyetden çekildi ve meydanı rehmetlik Heyder Eliyev’e buraxdı. O veqtler, ye’ni 1993 ilinde çox adam bele inanırdı ki, Azerbaycan’ı xelas elemek qudretinde olan tek adam Heyder Eliyev’dir.

برچسب‌ها:

پاسخی بگذارید

Please log in using one of these methods to post your comment:

نشان‌وارهٔ وردپرس.کام

شما در حال بیان دیدگاه با حساب کاربری WordPress.com خود هستید. بیرون رفتن / تغییر دادن )

تصویر توییتر

شما در حال بیان دیدگاه با حساب کاربری Twitter خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس فیسبوک

شما در حال بیان دیدگاه با حساب کاربری Facebook خود هستید. بیرون رفتن / تغییر دادن )

عکس گوگل+

شما در حال بیان دیدگاه با حساب کاربری Google+ خود هستید. بیرون رفتن / تغییر دادن )

درحال اتصال به %s