Gülüstan Müahidesi — Keçmiş Artıq Keçmişdir

جواد خان گنجه ای - ۱۷۴۸ - ۱۸۰۴ میلادی

جواد خان گنجه ای – ۱۷۴۸ – ۱۸۰۴ میلادی

Abbas Cavadi – 1950, 1960-ci illərdə – biz Təbrizin Məqsudiyyə məhəlləsində yaşadığımız vaxtlar bu məhəllədə bir neçə hörmətli ailə də yaşayırdı ki, familiyaları Gəncəvi, Gəncei və ya Gəncəviyan idi.

Onlardan iki ailə bizim divar-bir qonşmuz idi. Başqa iki ailə, uşaq həkimi (pediatrist) olan Dr. Cəfər Gəncei və dəri həkimi (dermatoloq) Dr. Gəncei və ya Gəncəviyan idi ki, kiçik adını unutmuşam.

Mən uşaq ikən məni Dr. Cəfər Gəncəvinin yanına aparardılar. O vaxtlar eşitmişdim ki, bu ailələr ‹Qafqazda yerləşən Gəncə şəhərindən› gəliblər.

Böyük Gəncei ailəsindən bəziləri sonralar Tehrana köçdülər. Onlardan Riza bəy Gəncei Tehranda ‹Baba Şəməl› adlı satirik jurnalı buraxırdı, Cavad Gəncei isə siyasət işinə girdi. Bunu da bilirəm ki, Gəncəvi, Gəncei və ya Gəncəviyan ailələrindən bəziləri xaricə (ələlxüsus Amerikaya və Britanyaya) köçüblər.

O vaxtlar biz gənclər həm təcrübəsizlikdən, həm də tarixdən bixəbər olduğumuz üçün, Bakı, Gəncə, Naxçıvan və ya Ordubad şəhərlərindən son dərəcə dumanlı təsəvvürlərimiz var idi. Ancaq bunu bilirdik ki, bu şəhərlərin əhli də müsəlman və türkdürlər və o ərazilər də bir vaxtlar İrana daxil olub, ancaq İranın ruslarla müharibədə məğlubiyyətinə görə bu əraziləri Rusiyaya itirmişik.

Mən böyüklərimizdən, həm də qonşu dostlarımdan eşitmişdim ki. bu ailələrin əcdadı İranın məğlubiyyətindən və Gəncədəki son İran hökmrani Cavad Xan Ziyadoğlu Qacar qətl ediləndən sonra İrana gəlib çoxu Təbrizə, bəziləri də Tehrana yerləşiblər.

Sonralar tarixlə maraqlanandan sonra başa düşdüm ki, Cavad Xan elə İran-rus müharibələrinin əvvəllərində, 1804-cü ildə israrlı və qonşuların təbiriylə desək ‹qəhrəmanca› müqavimətdən sonra qətl edilib və beləcə Gəncə şəhər və vilayəti rusların əlinə düşüb. Cavad Xan və onun qüvvələrinin, hətta həyat yoldaşı, oğulları və digər ailə üzvlərinin rəşadət və müqaviməti haqqında çoxlu hekayələr var. Cavad Xanın qanlı məğlubiyyəti və qətlindən sonradır ki, canını qurtara bilən bəzi qohumları İrana gəlirlər, digərləri ısə Qafqaza və ya Rusiyaya qaçırlar.

Ziyadoğlu Tayfası

Cavad Xanın qətli Ziyadoğlu tayfasının Gəncə vilayətində 300 ildən çox sürən hakimiyyətinə son qoydu. Cavad Xanın əcdadından yazılı tarixə daxil edilən birinci şəxs onun böyük cəddi Xizir Bəy Qarımış Qacar idi. Rəvayətə görə, o, təxminən 1495 ilində öz tayfasıyla Şam və ya Rumdan (Anadoludan) İrana gəlib Səfəvi təriqətinin tərəfdarlarına qoşulub, sonra da öz tayfasıyla Şah İsmail Səfəvinin hakimiyyətə gəlməsinə kömək eləyən ellərə qatılıb.

Mohammad Ali Bahmaninin yazdığına görə, ‹Xizir Bəy Qarımışın oğlu Əmət Bəy qəməri təqvimlə təxminən 907-ci ildə (yəni hər halda 1501 və ya 1502 ilində) Şah İsmail tərəfindən qəbul olunub və Şah ona Ziyadoğlu ləqəbini veribdir. Əmət Bəy Şahvərdi Sultan Ziyadoğlu, Cavad Xanın cəddi, Qacar sülaləsinin ulu babası və Ziyadoğlu xanədanının ən məşhur şəxsiyyəti olub› (1).

Şah Təhmasib isə Gəncə və Qarabağ hökumətini (bəylərbəyiliyini) Ziyadoğlu xanədanına verib.

İranın köçəri el və tayfaları 1920-ci illərə kimi dövlət və hökumət işləri üzərində mühüm təsir buraxıblar. Ələlxüsus Səvəfilər və onlardan sonraki hökumətlərin hamısı bir növ ya bir elin, ya da bir neçə elin yaratdiğı ittifaqın nümayəndəsi olub. Eyni zamanda, padşahlar bəzən onların yaşayış məntəqəsini dəyişdirib onları İranın sərhədlərinə göndərərək sərhədləri qorumaq işini onlara tapşırıblar, bunun müqabilində isə yerli hökumət və vergi kimi el və tayfa rəislərinin tələblərini də qəbul etməli olublar. Bu el və tayfalardan xüsusilə Qacar və Afşar elləri Səfəvilər zamanı və onlardan sonra İran sərhədlərini qorumaq baxımından çox mühüm rol oynayıblar.

Digər tərəfdən, aydındır ki, İranın periferiyasında yerləşən ellər və tayfalar öz güclərini qorumaq üçün həm yerli qüvvələr və mərkəzi hökumətlərlə işləyib həm də təhlükə şəraitində və lazım olanda xarici və qonşu dövlətlərə yanaşıblar. Rusiyanın Qafqaza hücumları zamanı erməni və gürcü qüvvələrinin hamısı olmasa da, çoxu İran və Osmanlının qarşısında və Rusiyanın tərəfində mövqe alıblar. Eyni halda çoxu şiə olan müsəlmanlar dini və tarixi müştərəkliklərdən ötrü İranın tərəfini, Osmanlı sərhəddinə yaxın olan sünni müsəlmanlar da çox halda Osmanlının tərəfini tutublar.

Ancaq İranda dövlətin ümumilikdə zəifləməsi, korrupsiya, geri qalmışlıq və eyni zamanda Rusiyanın imperiya kimi güclənməsi nəticəsində Qafqazda yerli xanların bir qismi müharibələrin gedişini və İranın zəfini gördükcə, çarəni Rusiyayla ‹yola getmək› və təslim olmaqda görüblər. Qafqaz və qərbdə İranın ‹sərhəd keşikçiliyi› işini görən el və tayfalar arasında Ziyadoğulları açıq və aşkar olaraq rusların qarşısında ən səbatlı və müqavim qüvvə olub və beləcə tarixdə İran sərhədçiliyinin simvoluna çevriliblər.

نقشه قدیم روسی: مرز ایران و روسیه بعد از عهدنامه گلستان

نقشه قدیم روسی: مرز ایران و روسیه بعد از عهدنامه گلستان

Pəhləvi sülaləsinə kimi İranın qəbiləvi el-tayfa sistemində vilayətlərin yerli hakimiyyəti padşahın etimad etdiyi adamlara və ya onun qohumlarına verilirdi. Bu yerli hakimiyyətlər bəzən ailədə qalıb atadan oğula keçirdi və bu qayda ancaq yerli qüvvələr arasında mübarizə, padşahla münasibətlərin pozulması və ya Şahın qərar dəyişdirməsi nəticəsində yerlərdəki başqa sülalələrin və xanların əlinə keçirdi. Bələ bir şəraitdə Ziyadoğulları 300 ildən çox bir müddətdə bir tərəfdən “gəncəliləşdilər”, digər tərəfdən isə İranın sərhəd keşikçiliyini davam etdirib Osmanlı və ya Rusiyadan gələn hücumlara qarşı sərhəddi müdafiə etdilər.

Bu yaxınlığı məzhəb və birgə tarixi təcrübə və yaddaşdan başqa, el-tayfa və ailəvi əlaqələr də möhkəmləndirirdi. Ən açıq nümunə kimi, Gəncəni ruslara qarşı müdafiə edən Cavad Xan Ziyadoğlu Qacar və rus ordusuna qarşı miharibə aparan İran ordusunun baş qumandanı və Qacar Şahının varisi Abbas Mirzə Qacar eyni tayfadandılar.

Gəncənin və İranın Qafqazdaki digər ərazilərinin süqutundan 100 il əvvəl, Səfəvilərin işi qurtarmışdı və paytaxt İsfahan əfqan-paştu Qilzay atlılarının əlinə düşmüşdü. Nəticədə qərbdə və şimalda, yəni Qafqaz, Azərbaycan və Kürdüstanda Osmanlı ordusunun hücumları artmışdı.

Eyni halda bu dövr bir tərəfdən Çar Rusiyasının yeni imperiya kimi yüksəlib Osmanlı ilə rəqabəti, İranın məntəqədə böyük dövlət kimi gücünü itirməsi, həm də Britaniyanın Hindistan və İranda müstəmləkəçi dövlət kimi güc qazanması dövrüdür. Başqa sözlə, həmin mərhələyə kimi İrandan bir ‹imperiya› kimi danışmaq olar, ancaq bu dövrün sonunda İran və Rusiya arasında 19-cu əsrin ilk iki onilliyındə baş verən müharibələrdən sonra İranın işi ‹imperiya› kimi qurtarmış, bu ölkə yüksələn, yəni müstəmləkəçi iki dövlət: Rusiya və Britaniyaya tabe ölkəyə çevrilmişdi.

Buna oxşar bir müqəddərat təqribən 100 il sonra Osmanlı imperiyasının başına da gələcək idi.

İran-Rus Müharibeleri

Rusiyanın hücumu, Gəncənin işğalı və Cavad Xanın qətli demək olar ki, birinci İran-rus müharibəsinin başlanğıcıydı. Bu müharibə doqquz il sonra, 1813-cü ildə, yəni düz 200 il qabaq Gülüstan Müahidəsinin imzalanmasıyla qurtardı. İran Cavad Xan və ya Abbas Mirzə kimi qumandanların rəşadətinə baxmayaraq ağır məğlubiyyətə uğradı. Həmin müahidəyə görə, İran dövləti Gəncə, Bakı, Qarabağ, Şəki, Şirvan, Dərbənd, Quba və Tiflis vilayətlərini Rusiyaya itirdi.

On beş il sonra, ikinci İran-rus müharibəsi nəticəsində Yerevan və Naxçıvan vilayətləri üzərində nəzarət də İranın əlindən çıxaraq Rusiyaya keçdi və beləliklə ikinci bir razılaşma, ‹Türkmənçay Müahidəsi› əsasında bütün Qafqaz Rusiyanın tərkib hissəsi oldu.

 خسارات ارضی ایران در پی عهدنامه 1813 گلستان  و 1828 عهدنامه ترکمنچای This image is a copy or a derivative work of caucasus_region_1994.jpg, from the map collection of the Perry-Castañeda Library (PCL) of the University of Texas at Austin. Office of the Geographer and Global Issues, Bureau of Intelligence and Research, US Department of State

خسارات ارضی ایران در پی عهدنامه 1813 گلستان و 1828 عهدنامه ترکمنچای
This image is a copy or a derivative work of caucasus_region_1994.jpg, from the map collection of the Perry-Castañeda Library (PCL) of the University of Texas at Austin. Office of the Geographer and Global Issues, Bureau of Intelligence and Research, US Department of State

Tarixin Tozu

Bütün bunlar tarixdir, birine acı ve digerine şirin gelen hadiseler ve revayetlerdir. Bezileri, ehtimal, şexsi, ailevi ve ya ictimai ve siyasi sebeblere göre tarixin bele axarına bu ve ya diger şekilde baxa bilerler. Amma mence 200 ilden sonra bu hadiselerden bugünün real heyatı üçün siyasi, milli ve ya etnik neticeler çıxarmaq dehşetli bir sehv olardı.

Bezileri tarixden sadece bir sıra ölkeler, milletler ve qövmlere qarşı çıxmağı, itirilen erazileri yeniden ‹fethetmeye› çağırmağı başa düşürler. Qafqaz, Efqanıstan ve ya Türkmenistanı yeniden almaq kimi gülünç söhbetler heçbir İran hökumetinin resmi siyaseti olmasa da, İranda bezi şexsler ve qruplar arasında revacdadır. Bu hesabla hamı gerek hamıya qarşı seferber olsun, çünki qedim ve güclü keçmişi olan her ölke tarixin belli dövrlerinde indiki erazisinden daha geniş eraziye malik olmuşdur. Roma imperiyası Felestine kimi, Britaniya Hindistana kimi, Osmanlı Serbiya ve Liviyaya kimi erazini tutmuşdu. İranda Dariuş Yunanistana kimi, Nadir Şah Hindistana kimi getmişdi. İndi bunlar yeniden atlara minib o ölkeleri tutmaq isteyirler? Bunlar sadece cahillikden ireli gelen yuxular yox, tehlükeli hezeyanlardır.

پُل انسانی - تصویر نقاش روسی فرانس روبو از جنگ ایران و روس در 1804-13 Canlı körpü. Rus rəssamı Franz Roubaud-un çəkdiyi rəsm :1804-13-cü illər İran-rus müharibəsi haqda

پُل انسانی – تصویر نقاش روسی فرانس روبو از جنگ ایران و روس در 1804-13
Canlı körpü. Rus rəssamı Franz Roubaud-un çəkdiyi rəsm :1804-13-cü illər İran-rus müharibəsi haqda

Diger, qarşı qrup ise ‹müdafie› mövqeyinden hereket ederek bütün bu tarixi faktlar ve hadiseleri kökünden danır. Onlar öz iddialarına haq qazandırmaq üçün tarixi yeniden keşf edib deyirler ki, Gülüstan Mü’ahidesine kimi Azerbaycan ‹dörd-beş min illik dövletçiliyi olan müsteqil ölke› olub, ancaq İran-Rus Müharibeleri neticesinde iki dövlet arasında ‹bölüşdürülüb›. Buna göre de, hemin xeyali tarixçilik Cavad Xan Ziyadoğlu Qacarı ‹Azerbaycanın müsteqilliyi uğrunda› rus ve İran ‹işğalçılarına› qarşı üsyan qaldıran ve bu yolda canını qoyan milli qehreman adlandırırlar.

Elbette herkes istenilen adamı istediyi kimi göre biler. Amma meselen İstanbulun 600 il evvele kimi Bizansın paytaxı ve ortodoks yunan kilsesinin merkezi olduğu faktını etiraf elemek Türkiyenin bugün İstanbul üzerinde hakimiyyetine xelel getirecek? Ona göre de indi bu faktı inkar etmek gerekdir?

Siyaset ve tarixi saxtalaşdırmaq başqa şeydir, tarixi reallıq başqa şey. Tarixi oxumaq, yazmaq ve müzakire elemek ne üçün adamların bezilerini mütleq irqçiliye, ifrat milletçiliye, boş ve tehlükeli xeyallara sövq edir?

Britaniyalılar ölkelerinin keçmişde ne qeder güclü, ne qeder geniş olduğunu her kesden yaxşı bilirler. Amma Britaniya özünün bugünkü gücünü ve genişliyini de diger ölkelerden daha yaxşı bilir. Belçikalılar yaxşı bilirler ki, onların dövlet müsteqilliyinin 200 ilden çox ömrü yoxdur. Amma bu onlarda heçbir kompleks yaratmır. Eksine onlar keçmişde tabe olduqları Fransa ve Hollandiya ile çox gözel münasibetler besleyirler.

Gence ve Cavad Xan heqiqetini görmek, Bakı, Qarabağ ve ya Naxcıvanın, Yerevan ve Tiflisin real keçmişini etiraf elemek bugün ne İranın etibarına bir şey elave eleyecek, ne de Azerbaycan, Ermenistan ve Gürcüstan respublikalarının bugünkü etibarından nese azaldacaq.

Keçmiş keçmişde qalıb. O papkaları bağlayıb tarix reflerine qoyublar. Bugün Britaniya ve İrlanda sülh ve emekdaşlıq mühitinde rifah ve tereqqi elemeye çalışırlar. Belçikanın en yaxşı münasibetleri keçmişde tabe olduğu Fransa ve Hollandiyayladır.

Bizde ise bezileri hele de tarixi öyrenmek ve zövq almaq üçün yox, düşmençilik yaymaq için oxumağa çalışırlar.

—————————-

Be’zi menbeler:

Mohammad Ali Bahmani Qacar: Cavad Xan Ziyadoğlu Qacarın Xanedanı, farsca, Tehran 1386 (2007)

Firuz Mansuri: Rusların Hücumu ve Gence Şeherini Alması (pdf), farsca

Firuz Mansuri: Sefevi Dövletinin Zevalı ve Osmanlıların Azerbaycana Hücumu, Müasir İran Tarixinin Araşdırması Merkezi, farsca

Abbaqqulu Ağa Bakıxanov: Gülüstan-ü İrem, Tehran 1383 (2005), farsca

Gülüstan Müahidesi, tam metni ile

Türkmençay Müahidesi, tam metni ile

————————————

Bu meqalenin esli 4 iyul 2013 tarixinde fars dilinde Cheshmandaz.org saytında neşr olunub

Azerbaycan türkcesinde olan bu tercüme azadlıq.org saytında yeniden neşr edilib



دسته‌ها:گلستان و ترکمنچای, تورکی Türkçe

برچسب‌ها:, , , , , , , , ,